“Manata hələ ki, ciddi təhkükə yoxdur, ancaq…” – NATİQ CƏFƏRLİ YAZIR

Bu gün dünya maliyyə bazarlarının gözü-qulağı FED toplantısında olacaq, uçot dərəcəsinin 0,25% artırılacağı heç kimdə şübhə doğurmur. Əsas məsələ 2018-ci il üçün Yol Xəritəsinin açıqlanmasıdır. Ola bilər ki, FED gələn il 3 deyil, 4 faiz artımı olacağını elan etsin – bu zaman dollar indeksinin daha sürətlə bahalaşmasını görə bilərik. 

Qərarın Azərbaycana birbaşa təsiri yoxdur, çünki ölkədə zatən iqtisadi institutlar yoxdur, qərarlar günlük verilir, iqtisadiyyat əmrlə idarə olunur. Amma istər-istəməz dünyada gedən proseslər mütləq ölkəmizə də təsir edir-edəcək. 

Məsələn, dekabr ayı Mərkəzi Bankın ən çox dollar satacağı aylardan biri olacaq. Bu ay 3 hərrac(fason) keçirilib: 5 dekabr – 34 milyon 200 min, 7 dekabr – 55 milyon 050 min, 12 dekabr – 75 milyon 950 min dollar satılb. Yəni ölkədə dollara təlabat sürətlə artır, bunun səbəbi FED deyil, ölkədə pis bir ənənə var – 4-cü rüb büdcə xərcləri, manat kütləsinin dövriyyəsi artır, təbii ki, dollara təlabat da yüksəlir. İlin sonu qeyri-leqal qazanılmış manatlar da dollara çevrilir. 

Manata, hələ ki, ciddi təhkükə yoxdur, çünki neft qiymətləri yüksəkdir, amma FED qərarları, qonşu ölkələrdə baş verən yüngül devalvasiyalar mütləq gec-tez manata da təsir göstərəcək. Manatın məzənnəsi tam inzibati olduğu üçün hər şey hökumətin qərarlarından və neft qiymətlərindən asılı olacaq. 

Bu il bizdə neft hasilatı 6% azalıb, amma qiyməti 35%-ə yaxın artıb, buna görə də hökumət rahat davranır. Yəni, ticarət balansında müsbət saldo hökumətin əməyi nəticəsində deyil də, neftin bahalaşmasına görə yarandı.

2018-də manat kütləsi artacaq, çünki büdcə xərcləri artır, deməli manata təzyiq də yüksələcək, FED 3-4 dəfə faiz artırsa, neft isə yenidən 50-55-lərə düşsə manatın vəziyyəti gərgin olacaq…

Natiq CƏFƏRLİ,

Etikxeber.az

Read Previous

Salah Afrikanın 2017-ci ildə ən yaxşı futbolçusu seçildi – FOTO

Read Next

Azərbaycan və Ermənistan dövlət sərhədində keçirilən monitorinq insidentsiz başa çatdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir