Manatın xarici valyutalara qarşı məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Etikxeber.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi noyabrın 15-i ilə müqayisədə 0,5% bahalaşaraq 1,7039 manat təşkil edib.

Avro isə manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,45% möhkəmlənərək 1,8302 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 3,5% bahalaşaraq 0,0266 manat olub.

Türkiyə lirəsinin məzənnəsi isə 0,35% artaraq 0,5180 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1232 manatdır. Beləliklə, funt sterlinq 0,33%-lik artım nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,96% bahalaşaraq  0,6864 manat olub.

Etikxeber.az

Read Previous

Fikrət Sadıq vəfat edib

Read Next

Azərbaycanda hazırda 600 məhkəmə hakimi var – Cavid Hüseynov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir