“Mançester Siti” 6-cı dəfə ölkə kubokunu qazandı və ya final qarşılaşmasında yaşanan gərgin anlar – FOTO

İngiltərə kubokunun (FA) final görüşü keçirilib.

Etikxeber.az xəbər verir ki, görüşdə “Mançester Siti” – “Çelsi” komandası ilə qarşılaşıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb. Əlavə olunmuş dəqiqələrdə də komandaların cəhdləri uğursuz olub.

Penaltilər seriyasında daha dəqiq olan “Mançester Siti” (4:3) tarixində altıncı dəfə İngiltərə kubokunun sahibi olub.

“Çelsi”nin heyətində Jorjinyo, David Luiz, “Mançester Siti”də isə Bernardo Silva zərbələrini dəqiq yerinə yetirə bilməyiblər.

manco-1

Onu da qeyd edək ki, final qarşılaşması zamanı “Çelsi”nin baş məşqçisi Maurisio Sari və qapıçı Kepa Arrizabalaga arasında gərgin anlar yaşanıb.

Belə ki, oyun ərzində Kepa Arrizabalaga üçün klubun həkimləri iki dəfə yardıma gəlib.

Bundan narahat olan baş məşqçi Maurisio Sari onu əvəz etmək istəyib.

Buna görə qəzəblənən qapıçı meydanı tərk etməkdən imtina edib.

Etikxeber.az

Read Previous

Bu klub da baş məşqçisini istefaya göndərdi…

Read Next

Naftalanın yeni icra başçısı dünyasını dəyişdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir