“Mançester Siti” rekord məbləğdə gəlir əldə etdi – 505,5 milyon funt-sterlinq

İngiltərənin “Mançester Siti” klubu 2017-2018 mövsümündəki gəlirlərinə dair hesabat təqdim edib.

Etikxeber.az yerli KİV-lərə istinadla məlumat verir ki, klubun rekord məbləğdə – 505,5 milyon funt-sterlinq qazandığı bildirilir.

mances

Klubun təmiz qazancı 10,4 milyon funt təşkil edib. Son 5 ildə gəlirlər 44 faiz artıb. Bu, teleyayım hüquqlarının satışı, Çempionlar Liqasındakı irəliləyiş və daha əlverişli sponsor müqavilələri ilə əlaqədardır.

Qeyd edək ki, ötən mövsüm “Mançester Siti” İngiltərə çempionu olub. Hazırda komanda 4 turdan sonra 10 xalla 4-cü yeri tutur.

Etikxeber.az

Read Previous

“Prezident ATƏT-in baş katibinə onu çatdırmaq istəyirdi ki…” – DEPUTAT – RƏY(LƏR)

Read Next

Münaqişə tərəfi məhz Ermənistandır- XİN-dən NÖVBƏTİ AÇIQLAMA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir