“Mançester Siti” Sterlinqlə yeni müqavilə imzaladı

İngiltərənin “Mançester Siti” klubu futbolçu Rəhim Sterlinq ilə yeni müqavilə bağlayıb.

Etikxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu daha beş il “Mançester Siti”nin şərəfini qoruyacaq.

Klub müqavilənin maliyyə tərəflərini də açıqlayıb.

Yamayka əsilli ingilis futbolçu klubda həftəlik 110 min avro qazanacaq.

rahhimmm

“Mən bu klubda çox xoşbəxtəm. Artıq illərdir buradayam, “Mançester Siti”nin formasını geyinirəm və bununla qürur duyuram. Komandanın baş məşqçisi Pep Qvardioladan razıyam. Ümidvaram ki, qarşıdakı illərdə də kluba faydalı olacağam”, – deyə Rəhim bildirib.

Qeyd edək, Sterlinq “şəhərlilər”ə 2015-ci ildə “Liverpul” klubundan transfer olunub. O, “Liverpul” klubunda 139 oyunda meydana start heyətdə çıxıb və 53 dəfə meydanı fərqlənərək tərk edib. “Mançester Siti” klubunda isə 154 rəsmi oyunda iştirak edən gənc futbolçu 51 dəfə fərqlənib və 37 məhsuldar ötürmə ilə yadda qalıb.

Etikxeber.az

Read Previous

Parlament jurnalistlərindən növbəti möhtəşəm Bayraq aksiyası… – FOTOLAR

Read Next

Mədəniyyət Nazirliyi tanınmış bəstəkarın yubileyini niyə keçirmir? – AİLƏSİNDƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir