İngiltərə Premyer Liqasının 31-ci turunun oyunları keçirilib.
Etikxeber.az verir ki, turnir cədvəlinin lideri “Mençester Siti” səfərdə “Fulhem” komandasının qonağı olub. Bernardo Silva (5) və Serxio Aqueranın (27) qolları sayəsində “şəhərlilər” qələbə qazanıblar – 0:2.
Eyni şəhərin digər təmsilçisi “Mançester Yunayted” isə öz meydanında “Vatford” klubunu qəbul edib.
“Old Trafford” stadionunda baş tutan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb:
“Brayton” – “Sauthempton” – 0:1;
“Börnli” – “Volverthemton” – 2:0;
“Kristal Palas” – “Haddersfild” – 2:0;
“Lester Siti” – “Bormunt” – 2:0;
Etikxeber.az