“Mançester Yunayted”dən “İnter”ə…

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını İtaliya təmsilçisi “İnter”də davam etdirəcək.

Etikxeber.az “TASS”-a  istinadla xəbər verir ki, 31 yaşlı hücumçu tibbi baxışdan keçmək üçün Milana gəlib.

Çilili forvardın bu gün “İnter”lə müqavilə bağlayacağı gözlənilir.

Daha öncə bildirilirdi ki, Sançes yeni komandasında 1 illik icarə əsasında oynayacaq. Onun 550 min avro təşkil edən həftəlik maaşının yarısını “İnter”, yarısını isə “Mançester Yunayted” ödəyəcək. Sözləşməyə əsasən, italiyalılar 2019/2020 mövsümü başa çatandan sonra onu 15 milyon avroya ala bilərlər.

Qeyd edək ki, “İnter” bir müddət əvvəl “Mançester Yunayted”dən belçikalı hücumçu Romelu Lukakunu 84 milyon avroya transfer edib.

Etikxeber.az

Read Previous

Virjil van Deyk ötən mövsümün ən yaxşı oyunçusu seçildi

Read Next

“Qarabağ”ın avrokuboklarda qazandığı məbləğ – AÇIQLANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir