İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı partlayış törədilib.
Baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.
Etikxeber.az-ın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.
“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.
***
Mançesterdə stadionda partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.
Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.
“Partlayışın terrorçu-kamikadzenin tərəfindən törədildiyi ehtimal olunur”, məlumatda deyilir.
İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.
***
Terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.
Hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.
Etikxeber.az