Mançesterdə dəhşətli partlayış: 19 ölü, 50 yaralı – YENİLƏNİB (1)

İngiltərənin Mançester şəhərində stadionda konsert zamanı partlayış törədilib.

Baş verən partlayış nəticəsində 19 nəfər ölüb, 50-dək insan yaralanıb.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Mançester polisinin “Tvitter” səhifəsində bildirilir.

“Hazırda 19 nəfərin öldüyü təsdiqlənib, 50-yə yaxın insan yaralanıb”, məlumatda deyilir.

***

Mançesterdə stadionda partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir.

Bu barədə CNN telekanalı hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

“Partlayışın terrorçu-kamikadzenin tərəfindən törədildiyi ehtimal olunur”, məlumatda deyilir.

İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

***

Terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.

Hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.

Etikxeber.az

Read Previous

Gəlin, bu birliyi qoruyaq, İslam həmrəyliyini gücləndirək – MEHRİBAN ƏLİYEVA

Read Next

Mey “terrakt” dedi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir