Mançesterdə terrakt törədən Salman Abedinin kiçik qardaşı və atası həbs edildi – YENİLƏNİB

Tripolidə İngiltərənin Mançester şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı həbs edilib.

Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir.

Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb. Onun həbsini Tripolidə yaşayan qardaşların atası Ramadan Abedi təsdiqləyib.

Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

***

Mançesterdə terror aktı törədən Salman Abedinin atası da saxlanılıb.

Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.

Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir.  Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.

Etikxeber.az

Read Previous

BAŞ MƏŞQÇİ: “Yalnız qalib gəlmək haqda düşünürdük…”

Read Next

“Moqerini də, böyük dövlətlərin rəsmiləri də bilməlidirlər ki…” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir