Mane daha beş il “Liverpul”da forma geyinəcək…

Futbol üzrə Seneqal millisinin və İngiltərənin “Liverpul” klubunun hücumçusu Sadio Mane İngiltərə komandası ilə yeni müqavilə bağlayıb.

Etikxeber.az klubun rəsmi saytına istinadla xəbər verir ki, 26 yaşlı futbolçu daha beş il “Liverpul” klubunun şərəfini qoruyacaq. Futbolçu həftədə 190 min avro məvacib alacaq.

“Liverpul” ilə müqaviləmin müddətini uzatmaqdan çox xoşbəxtəm. Bu, mənim üçün yaddaqalan gündür. Hədəflərimiz məlumdur və ona nail olmaq üçün əlimdən gələni edəcəyəm. Doğru klubda və doğru məşqçi ilə çalışıram. Bu klubu seçməyim karyeramda ən mühüm qərarlardan biridir”, – deyə Mane bildirib.

Qeyd edək, Sadio Mane “Liverpul” klubuna 2016-cı ildə “Sauthempton” klubundan transfer olunub. “Liverpul”un heyətində 84 oyunda forma geyən futbolçu 40 qol vurub, 37 məhsuldar ötürmə edib.

Etikxeber.az 

Read Previous

“Amma o, bacardı…” – DEPUTAT NURƏNGİZ GÜN HAQQINDA BELƏ DEDİ – FOTOLAR

Read Next

Maşınqayırma zavodunda partlayış: Ölən və yaralananlar var – ÇİNDƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir