Maradona “Napoli”nin baş məşqçisi olacaq

Dünya futbolunun canlı əfsanəsi Dieqo Maradona məşqçilik karyerasını bərpa edir. Argentinalı idman ustası bir vaxtlar futbolçu kimi çıxış etdiyi İtaliyanın “Napoli” klubunun baş məşqçisi olacaq.

Etikxeber.az xəbər verir ki, bu barədə D.Maradona İtaliya mətbuatına açıqlamasında bildirib.

O, deyib: “Neapollularla aramda ata-oğul münasibəti var. Otuz illik fasilədən sonra bu şəhərə ilk dəfə gəldiyim günün həyəcanını yaşayıram. Məqsədim komandanı “Yuventus”, “Milan”, “İnter” və “Roma” kimi klublarla başabaş mübarizə apara biləcək güclü bir kluba çevirməkdir”.

Qeyd edək ki, D.Maradona 1984-1991-ci illərdə “Napoli”də çıxış edib. Beş ildir ki, işsiz olan 56 yaşlı məşqçi son olaraq Birləşmiş Ərəb Əmirliklərinin “Əl Vasl” klubunu çalışdırıb.

Etikxeber.az

Read Previous

Əliyevin Dominik Barton ilə görüşü olub

Read Next

NATO Trampı “öhdəliyinə sadiq olmağa” çağırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir