“Maraqlı qrupa düşdük” – RƏŞAD SADIQOV

Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, “Sevilya” turnirin favoritlərindən biridir və 5 dəfə UEFA Avropa Liqasının qalibi olub.

Etikxeber.az xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” futbol komandasının kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirərkən klubun rəsmi saytına deyib.

Otuz yeddi yaşlı mərkəz müdafiəçisi müsbət nəticə qazanmağa çalışacaqlarını bildirib: “APOEL ilə bu mövsüm qarşılaşdıq, aramızda gərgin idman mübarizəsi şəraitində 2 oyun keçdi və onlar növbəti mərhələyə yüksəldilər. “Düdelanj”la isə 3 il qabaq oynamışdıq. İlk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun”.

Qeyd edək ki, püşkə əsasən, Ağdam təmsilçisi “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj” (Lüksemburq) komandaları ilə birgə A qrupuna düşüb.

Etikxeber.az

Read Previous

“Bu vasitələrin biri də sosial şəbəkələrdir…” – ƏLİ ƏHMƏDOV – FOTO

Read Next

“Qarabağ”ın Avroliqanın qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir