Martın 28-də Xankəndiyə qazın verilməsi bərpa olunacaq-“AZƏRİQAZ”

Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub.

“Azəriqaz” İstehsalat Birliyindən Etikxeber.az-a verilən xəbərə görə, normadan artıq qarın yağmasına baxmayaraq, “Azəriqaz” İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər.

Qeyd edilib ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir:

“Martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq”.

Etikxeber.az

Read Previous

“Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək…Proses Kiyevin, Xarkovun tutulması olmayacaq…”-UKRAYNA RƏSMİSİ

Read Next

Türkiyə, Dubay və Hindistanı nə birləşdirir?-POLİTOLOQUN BAXIŞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir