Martın 30-da hava necə-OLACAQ?

Martın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-şərq küləyi əsəcək. 

Havanın temperaturu Abşeronda gecə 5-8, gündüz 12-14, Bakıda gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.  

Martın 30-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi  əsəcək. 

Havanın temperaturu gecə 4-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoz

Martın 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Etikxeber.az

Read Previous

“Şəxsiyyət vəsiqəsi ilə səfərlər Türkiyə və Azərbaycanın qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”-TÜRKİYƏ XİN

Read Next

6-cı çağırış MM-in yaz sessiyasının 6-cı iclasında-13 MƏSƏLƏ MÜZAKİRƏ OLUNACAQ, SƏBİNƏ ƏLİYEVA HESABAT VERƏCƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir