Maşallah Əhmədova ittiham: “350 min manat ziyan vurub”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Etikxeber.az-ın APA-ya istinadən məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov ifadə verib. O bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək istəyib. Buna görə də dostunun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat verib: “Dostum dedi ki, oğlu da Maşallah Əhmədovun yanında işləyir. Görüşəndə Maşallah mənə dedi ki, 15 min manat versəm, oğlumu Dövlət Neft Şirkətinin nəzdində olan bir təşkilata düzəldəcək. Onu da bildirdi ki, oğlumu xaricdə oxumağa göndərəcək. Pulu versəm də, iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, məsələni polis səviyyəsinə qaldırmayaq. Bundan əlavə mənə başqa işlərlə bağlı da söz verdi, yerinə yetirmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı”.

M. Əhmədov isə deyib ki, həmin adamla İrana gedib tikinti daşları gətiriblər: “Bu adam bilmirdi ki, o daş İranda neçəyədir, Bakıda neçəyə satılır. Daş biznesində təcrübəsi yox idi. Daşları mən satırdım. Heç bir şeyi düz danışmadı”.

İclasda Y. Əzizmovun oğlu Nizami Əzizov ifadə verib. O, da atasının dediyini təsdiqləyib. Bildirib ki, M. Əhmədovla Dövlət Neft Şirkətində olarkən, təqsirləndirilən şəxs deyib buraya işə imtahanla qəbul olunduğunu söyləyib.

Şahid ifadəsi verən Qaçay Əliyev də M. Əhmədovun Y. Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiqləyib.

Proses noyabrın 1-də davam edəcək.

Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan keçmiş futbolçu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, vədinə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.

Etikxeber.az

Read Previous

DİN: Qadınlara qarşı 1747 zorakılıq cinayəti qeydə alınıb

Read Next

Nazir prezidentlə bir araya gəldi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir