Masallı rayonunda 5 otaqlı ev yandı

Masallı rayonunun İsgəndərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 162 kvadratmetr olan kürsülü, birmərtəbəli 5 otaqlı evdə yanğın baş verib. Nəticədə evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 90 m² sahədə yanıb.

Etikxeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Etikxeber.az

Read Previous

Heydər Əliyev Sarayında Tofiq Quliyevin xatirəsinə həsr edilən konsert oldu – FOTO

Read Next

Qardaşını odlu silahla qətlə yetirdi, daha bir nəfəri isə yaraladı – BİLƏSUVARDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir