Mayor, iki övladı Vətənə əmanət qalan-ELSEVƏR PAŞAYEVİN ANIM GÜNÜNDƏ ŞƏHİD İMAMƏLİ İBRAHİMOVUN ANASI TƏRƏFİNDƏN ŞƏHİDİN AİLƏSİNƏ XALÇA HƏDİYYƏ OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Cəbrayıl rayonunun Qovşudlu kəndindən və 1 iyul 1988-ci il təvəllüdlü olan İkinci Vətən Müharibəsi Şəhidi, ailənin üç övladından biri, iki bacının tək qardaşı, ali hərbi təhsilli-peşəkar hərbçi, Mayor, bir neçə medallı və “Qarabağ” ordenli, hər iki valideynini itirən, iki övladı Vətənə əmanət qalan Elsevər Vaqif oğlu Paşayevin Anım Günündə, 25 oktyabr 2024-cü il tarixində-səhər saatlarında İkinci Fəxri Xiyabanda (İkinci Şəhidlər Xiyabanında) məzarı ziyarət olunub.

Etikxeber.az xəbər verir ki, Şəhdin məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Ailəsinə-həyat yoldaşı Xəyalə Paşayevaya və iki övladına, bacılarına Allahdan səbr və dözüm arzulanıb.

Sonra məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Məzarını ziyarətdən sonra İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanındakı Mərasim evində Anım mərasimi düzənlənib, Şəhidin adına çay-ehsan süfrəsi təşkil olunub.

Bir daha ruhuna dualar olunub.

Eyni zamanda, Lerikli Şəhid İmaməli Elman oğlu İbrahimovun ailəsi tərəfindən Şəhidin xanımı Xəyalə Paşayevaya üzərində Elsevər Paşayevin şəkli olan xalça hədiyyə olunub.

Xalçanı “Odlar yurdu” qrupunun üzvü Azər Hüseynov və Şəhid İmaməlinin anası Zeynəb İbrahimova təqdim ediblər.

Xəyalə Paşayeva da hədiyyəyə, belə bir nəcib addıma görə Şəhid İmaməlinin ailəsinə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, Şəhid ailələri, millət vəkili Ceyhun Məmmədovun köməkçisi Rəşad QuliyevAbdin Fərzəliyev başda olmaqla, Abşeron rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, din xadimləri, məktəblilər, hərbçilər və digər şəxslər iştirak ediblər.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Cəmi 23 yaşında Şəhadətə ucalan-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, ƏSLƏN LAÇINLI İLKİN XOSROVZADƏNİN ANIM GÜNÜDÜR… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

Ailənin üç övladından biri, ali təhsilli, bir övladı Vətənə əmanət qalan, Şəhadətindən dörd il keçən Fərid Məmmədov, tək və subay övlad, ali-hərbi təhsilli, peşəkar hərbçi, Cənnətdəki ikinci doğum günü olan Şəhriyar Əlibəyli və 26 yaşının tamamından 8 gün sonra Şəhidlik zirvəsinə yüksələn Xəyal Balakişiyev-BU GÜN MƏZARLARI ZİYARƏT OLUNDU, ANIM TƏDBİRLƏRİ KEÇİRİLDİ – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir