MB: Metal pul nişanları dövriyyədədir, tədavüldən çıxarılması da planlaşdırılmır

Hazırda metal pul nişanları dövriyyədədir və onların tədavüldən çıxarılması planlaşdırılmır.

Etikxeber.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın “Metal pul nişanlarının məhv edilməsi sistemlərinin satın alınması” ilə bağlı keçirdiyi tender elanı ilə bağlı açıqlamasında deyilir.

Açıqlamada bildirilir ki, söhbət dövriyyədən çıxan yararsız metal pul nişanlarından gedir.

“Qeyd edək ki, metal pul nişanları artıq on ildən çoxdur ki dövriyyədədir və bu müddət ərzində təbii olaraq yararsız hala düşmüş qəpiklər Mərkəzi Bank tərəfindən mütəmadi olaraq yeniləri ilə əvəzlənir. Bildiririk ki, satın alınacaq yeni sistemlər məhz dövriyyədə yararsız hala düşərək tədavüldən çıxarılan qəpiklər üçün nəzərdə tutulur. Analoji sistemlər yararsız hala düşmüş və tədavüldən çıxarılmış kağız pul nişanları üçün də mövcuddur” – deyə, Mərkəzi Bankın açıqlamasında bildirilir.

Etikxeber.az

Read Previous

Millət vəkilindən: “Kərimovun öz doğmalarıyla necə davrandığını yox, Qarabağ məsələsindəki mövqeni qabartsalar, doğru olar”

Read Next

Arıq və qüsurlu heyvanlar qurbanlığa layiq və məqbul sayılmır – QMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir