MDB-də ilk dənizdibi seysmik stansiya Azərbaycanda quraşdırılacaq

Hazırda Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Azərbaycan ərazisində 35-dən çox peyk rabitəsi ilə işləyən seysmik stansiyaları var. Quruda- Ağdaş, Daşkəsən, Tovuz, Neftçala, Xızı rayonlarında daha beş seysmik stansiyanın qurulması nəzərdə tutulur. MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 dənizdibi seysmik stansiyanın qurulması nəzərdə tutulur. “Ümid”, “Bahar”, “Günəşli” yataqlarında stansiyaların qurulması nəticəsində həm dənizin dibində gedən yeraltı tektonik proseslər, həm də onların neft yataqlarına, neft hasilatına göstərdiyi təsirlərlə bağlı daha mükəmməl tədqiqatlar aparılmasına imkan yaranacaq.

Etikxeber.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

Naxçıvan Muxtar Respublikasında 4 seysmik stansiya üçün onlayn sistem yaradılıb. Bu seysmik stansiyalar vasitəsilə Naxçıvan və ona yaxın ərazilərdə zəlzələ haqqında məlumat almaq, kadr potensialını artırmaq üçün məqsədyönlü işlər uğurla davam etdirilir.

Etikxeber.az

Read Previous

Şəhid Fuad Qafarov dəfn olundu – YENİLƏNİB

Read Next

“Mançester Yunayted” Mourinyo ilə müqaviləni yeniləməyə hazırlaşır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir