Dövlət Başçıları Şurasının-GENİŞ TƏRKİBDƏ İCLASI – PREZİDENTİN SƏFƏRİ BAŞA ÇATDI – FOTO – YENİLƏNİB

Oktyabrın 11-də Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirildi.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak etdi.

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedevə Türkmənistanın “Bitərəflik” ordenini təqdim etdi.

Azərbaycanın Rusiyadakı səfiri, MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Hökumətlərarası Fondunun idarə heyətinin sədri Polad Bülbüloğlu Fondun “Humanitar əməkdaşlığın inkişafında xidmətlərinə görə” medalını Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədova təqdim etdi.

İclasda bir sıra sənədlər, o cümlədən “Strateji iqtisadi əməkdaşlıq haqqında” bəyannamə imzalandı.

Daha sonra Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun adından nümayəndə heyətləri başçılarının şərəfinə rəsmi qəbul təşkil olundu.

Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak etdi.

Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı.

 

Etikxeber.az

Read Previous

“Türkiyənin qarşılaşdığı problemləri kifayət qədər yaxşı başa düşürük…” – ƏLİ HƏSƏNOV

Read Next

“Təhlükəsizlik olmadan sülh, sülh olmadan inkişaf olmaz” – ƏRDOĞAN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir