MDB ölkələri təhlükəsizlik şuraları katiblərinin dördüncü iclası olub

Bu gün Moskva şəhərində MDB-yə üzv ölkələrin təhlükəsizlik şuralarının katiblərinin dördüncü iclası keçirilib.

Etikxeber.az-ın APA-ya istinadən  məlumata görə, iclasda MDBölkələrində sabitlik və təhlükəsizliyə təhdidlər fonunda regional qarşılıqlı fəaliyyətə dair aktual məsələlər müzakirə olunub. Qeyri-qanuni miqrasiyaya qarşı fəaliyyət,  milli təhlükəsizliyin təmin olunması maraqları baxımından miqrasiya qanunvericiliyinin gələcəkdə təkmilləşdirilməsi məsələsinə baxılıb. Beynəlxalq terrorçu və ekstremist təşkilatların, transmilli cinayətkar qruplaşmaların aktiv fəaliyyət göstərdiyi miqrasiya kanalları üzərində nəzarətin effektivliyinin yüksəldilməsinin vacibliyi qeyd olunub.
İclasda antiterror əməkdaşlığı ilə bağlı müzakirə aparılıb. Rusiya Hərbi Kosmik Qüvvələrinin Suriyadakı fəaliyyəti haqda informasiya dinlənilib. Beynəlxalq informasiya təhlükəsizliyinin təmin edilməsi məsələsinə toxunulub. İştirakçılar informasiya-kommunikasiya texnologiyalarından istisnasız olaraq ancaq dinc məqsədlərlə istifadənin tərəfdarı olduqlarını bildiriblər.

Toplantıda MDB İcraiyyə Komitəsinin baş katibi Sergey Lebedev, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və MDBölkələrinin təhlükəsizlik şuralarının katibləri iştirak ediblər. Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, onun müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov təmsil ediblər. 

Etikxeber.az

 

Read Previous

Pedro Filipe Soares: “Portuqaliya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını dəstəkləyir”

Read Next

10 bankın əmanətçilərinə 691 milyon manat kompensasiya ödənilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir