“Media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”-ƏHMƏD İSMAYILOV

Media resyestri kiminsə jurnalist olmasını təmin etmir.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bildirib.

Qeyd edib ki, yurnalistlər media reyestri olmadan da fəaliyyətini davam etdirə bilərlər.

O, sonra “Sadəcə, kimsə özünü media reyestrində qeydiyyatdan keçirmək istəyirsə, həmin jurnalistlər dövlətin verdiyi müəyyən imtiyazlardan istifadə edə bilirlər. Bir daha qeyd edirəm ki, media reyestrindən qeydiyyatdan keçmək məcburi xarakter daşımır, qətiyyən media reyestrində olmayan jurnalistin fəaliyyəti məhdudlaşmır”-deyə, vurğulayıb.

Etikxeber.az

Read Previous

“Yanındayıq, atam, anam, bacım, qardaşım, oğlum, qızım!”-JALƏ ƏLİYEVA

Read Next

“Türkiyə xalqının kədəri bizim kədərimizdir”-MEHRİBAN ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir