Ailənin üç övladından biri və subay olan-SURAXANILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MEHDİ FƏRZULLAZADƏNİN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ, 29 YAŞININ TAMAMINDA MƏZARI ZİYARƏT OLUNDU, MƏCLİS DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Bakı şəhərinin Suraxanı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Mehdi Zaman oğlu Fərzullazadənin (Fərzullayevin) doğum günüdür.

Mehdi Fərzullazadənin bu gün 29 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün-27 iyul 2024-cü il tarixində,səhər saatlarında Şəhidin Bülbülə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Şəhidin məzarını ziyarətdə ailə üzvləri, doğmaları, dostları, Suraxanılı və Bakının başqa bölgələrindən olan Şəhid ailələri, Qazilər, İcra başçısı Adil Əliyev başda olmaqla, Suraxanı rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri, məktəblilər, din xadimləri və digər şəxslər iştirak ediblər.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub, ruhuna dualar edilib, “Quran” oxunub.

İcra başçısı Adil Əliyev öz növbəsində Şəhidin ailəsinə, valideynlərinə-anası Elvira xanıma, atası Zaman kişiyə Allahdan səbr və dözüm diləyib, Mehdi Fərzullazadənin Cənnətdəki dördüncü doğum gününü təbrik edib.

Şəhidin məzarını ziyarət zamanı həmçinin, azyaşlılar, məktəblilər tərəfindən şeirlər səsləndirilib.

Eyni zamanda, Bülbülə Şəhidlər Xiyabanında Cənnətdəki dördüncü doğum günü ilə bağlı Şəhidin adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Etikxeber.az xəbər verir ki, Mehdi Fərzullazadə 1995-ci ilin 27 iyul tarixində Bakının Bülbülə qəsəbəsində sadə bir ailədə dünyaya gəlib.

Ailədə iki qardaş, bir bacı olublar.

2001-2012-ci illərdə Suraxanı rayon 208 saylı orta məktəbdə oxuyub.

Orta məktəbdə oxuyarkən onu “Mixaylo” ləqəbi ilə çağırıblar.

Orta məktəbi bitirdikdən sonra, 2013-2015-ci illərdə Vətənin keşiyində dayanıb, həqiqi hərbi xidmətdə olub.

Əsgərliyini başa vurduqdan sonra evinə, ailəsinə dönüb, müxtəlif avtoservislərdə usta kimi çalışıb.

2020-ci ilin 21 sentyabr tarixində hərbi səfərbərliyə cəlib olunub və sentyabrın 27-dən də İkinci Vətən Müharibəsində iştirak edib.

Füzuli-Cəbrayıl-Xocavənd istiqamətlərində 41 şərəfli döyüş yolu keçib.

Noyabrın 7-də Xocavənd istiqamətində qəhrəmancasına Şəhid olub.

Nəşi Bülbülə Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra medallarla təltif olunub.

O, həm də subay olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

1255 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 87 deputatlığa namizəd qeydə alınıb-RƏSMİ

Read Next

Evin-ailənin tək, subay və ali təhsilli oğlu, 163 saylı tam orta məktəbin yeganə Şəhidi-İSMAYILLILI, HƏM DƏ BAKILI CƏMİL HABİL OĞLU MƏMMƏDLİNİN BU GÜN 25 YAŞI TAMAM OLUR – CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜNDƏ MƏZARI ZİYARƏT OLUNDU, BARELEYFİNİN AÇILIŞI OLDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir