Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nəvəsinin toyu ətrafında yaranan qalmaqaldan sonra akademik Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyindən-prezidentliyindən getməsi və istefa verməsi ilə bağlı tələblər, çağırışlar səslənməkdədir.
Son günlər bu məsələ ətrafında müzakirələrin nəinki səngiməsi, əksinə, qızışması, alovlanması onu göstərir ki, ötən ilin 23 oktyabrında AMEA prezidenti seçilən R. Mehdiyevlə bağlı istefa tələbləri və çağırışları daha da artacaq.
Qeyd edək ki, toy qalmaqalından sonra R. Mehdiyevi AMEA prezidentliyindən istefa ilk səsləyənlər millət vəkilləri Etibar Əliyevlə Fəzail Ağamalı oldu.
Sonra bu tələbi səsləndirənlər sırasına gənc millət vəkillərindən Bəhruz Məhərrəmov və digər bir necə deputat qoşuldu.
Eyni zamanda, cəmiyyət tərəfindən də bu tələb və çağırışların səslənməsi R. Mehdiyev üçün yaxşı perspektiv vəd etmir, onun istefaya getməsi gözlənilən və bəlkə də an məsələsidir.
Onu da qeyd edək ki, AMEA prezidenti seçkili vəzifə olduğu üçün, həqiqi üzvlərin-akademiklərin səsverməsi ilə növbəti seçkilər keçirilməlidir və istefa olacağı təqdirdə, seçkilər də qaçılmaz olacaq.
Bəs görəsən, AMEA-nın həqiqi üzvlərindən kimlər prezidentliyə daha şanslıdır?
Burada yaş, işgüzarlıq faktoruna görə, iki akademikin-1962-ci il təvəllüdlü Nərgiz Arif qızı Paşayevanın və 1965-ci il təvəllüdlü İradə Hüseynovanın adları daha çox çəkilir, onlar daha çox şanslı hesab edilir.
Bunlar hələlik ilkin ehtimallar, versiyalar, varaiantlardır.
Heç kimin gözləmədiyi bir şəxs də bu posta seçilə bilər.
Yeri gəlmişkən, AMEA-nın həqiqi üzvləri bunlardır:
Abbasov Əli Məmməd oğlu
Abdinov Cavad Şahvələd oğlu
Abbasov Vaqif Məhərrəm oğlu
Abdullayev Kamal Mehdi oğlu
Axundova Nərgiz Çingiz qızı
Bünyadov Teymur Əmiraslan oğlu
Babazadə Vasif Məmməd Ağa oğlu
Babayev Məhərrəm Pirverdi oğlu
Baxşəliyeva Gövhər Baxşəli qızı
Cəfərov Nizami Qulu oğlu
Cəfərov Təyyar Cümşüd oğlu
Eldarov Ömər Həsən oğlu
Əliyev Ağadadaş Mahmud oğlu
Əliyev Cəmil Əziz oğlu
Əliyev Fikrət Əhmədəli oğlu
Əliyev Telman Abbas oğlu
Əliyev Seyfəddin Vəli oğlu
Əlizadə Akif Ağa Mehdi oğlu
Əmiraslanov Əhliman Tapdıq oğlu
Əliquliyev Rasim Məhəmməd oğlu
Əliyev Fuad Yusif oğlu
Ələkbərov Urxan Kazım oğlu
Əlizadə Validə Mövsüm qızı
Fərzəliyev Vaqif Məcid oğlu
Feyzullayev Əkpər Əkbər oğlu
Hacıyev İsmayıl Muxtar oğlu
Həşimov Arif Məmməd oğlu
Həbibbəyli İsa Əkbər oğlu
Hacıyev Asəf Hacı oğlu
Hüseynova İradə Məmməd qızı
Hüseynov Rafael Baba oğlu
İmanov Muxtar Kazım oğlu
Kərimli Teymur Həşim oğlu
Qacar Çingiz Oveys oğlu
Quliyev İbrahim Said oğlu
Qurbanov Fazil Səməd oğlu
Qəribov Adil Abdulxalıq oğlu
Qədirov Fəxrəddin Əbülfət oğlu
Quliyev Hətəm Hidayət oğlu
Mehdiyev Ramiz Ənvər oğlu
Məmmədov Qərib Şamil oğlu
Məmmədyarov Məhərrəm Əli oğlu
Məhərrəmov Abel Məmmədəli oğlu
Məmmədov Nazim Timur oğlu
Mehdiyev Məhəmməd Fərman oğlu
Məmmədov Pərviz Ziya oğlu
Məmmədov Ramiz Mahmud oğlu
Məcidov Əjdər Əkbər oğlu
Mustafayev Şahin Məcid oğlu
Mahmudov Yaqub Mikayıl oğlu
Məmmədov Yusif Əbülfət oğlu
Nağıyev Tofiq Murtuza oğlu
Namazova Ədilə Əvəz qızı
Nağısoylu Möhsün Zellabdin oğlu
Nəhmədov Ənvər Pirverdi oğlu
Paşayev Arif Mir-Cəlal oğlu
Paşayeva Nərgiz Arif qızı
Rizayev Ramiz Həsən Qulu oğlu
Rüstəmov Musa İsmayıl oğlu
Salayev Eldar Yunus oğlu
Salmanov Məmməd Əhəd oğlu
Səmədzadə Ziyad Əliabbas oğlu
Səfərova Zemfira Yusif qızı
Talıbov Tariyel Hüseynəli oğlu
Tağıyev Dilqəm Bəbir oğlu
Vəlixanlı Nailə Məmmədəli qızı
Yusifzadə Xoşbəxt Bağı oğlu
Prosesi izləməkdə davam edəcəyik.
Etikxeber.az