Mehman Hüseynovun anası vəfat etdi… – YENİLƏNİB

Həbsdə olan blogger Mehman Hüseynovun anası Firəngiz Hüseynova vəfat edib.

Etikxeber.az-ın xəbərinə görə, bu haqda Mehman Hüseynovun yaxınları məlumat verib.

Qeyd edək ki, 71 yaşlı F. Hüseynova bu gün dünyasını dəyişib.
mahma
O, 3 həftə öncə intensiv ürək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.
Eyni zamanda, qeyd edək ki, Bbir neçə gün əvvəl M.Hüseynovun anası ilə görüşməsi üçün müraciət edilsə də, Penitensiar Xidmət rəhbərliyi bloggerin davranışlarını əsas gətirərək buna icazə verməyib.
***
M. Hüseynova bu gün vəfat edən anası F.Hüseynovanın yas mərasimində iştirakına icazə verilib.

Bunu mətbuata Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Etikxeber.az

Read Previous

Gəncə hadisələrinə görə daha bir nəfər tutulub – DSX – FOTO

Read Next

Çalışacağıq səhvsiz oynayaq – QURBAN QURBANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir