Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bərdəli, Əyricəli İkinci Vətən Müharibəsi Şəhidi, 29 mart 1992-ci il doğumlu, evin-ailənin tək oğlu, tək bacının tək qardaşı, hərbçi, ailəli Mehman Telman oğlu Qululiyevin Vətənə, ailəsinə əmanət qalan tək övladı-tək qızı Damlanın doğum günüdür.
Şəhid balasının-2 iyul 2020-ci il doğumlu Damla Mehman qızı Quluyevanın bu gün-2 iyul 2025-ci il tarixində 5 yaşı tamam olur.
Bu gün Damlanın-Şəhid əmanətinin yubiley doğum günüdür.
Bu il Şəhid qızı Damla həm də məktəbəqədər hazırlığa gedəcək.
Odur ki, Şəhidin ocağında-Bərdəninin Əyricə kəndində Damlanın 5 yaşının tamanm olması, həm də məktəbəqədər hazırlığa getməsi ilə bağlı məclis, şənlik düzənlənib.
Günorta saatlarında başlayan məclisdə 100-dən çox insan-o cümlədən Şəhidin valideynləri, doğmaları, həyat yoldaşı, Bərdəli Şəhid ailələri, Qazilər, din xadimləri və digər şəxslər iştirak ediblər.
Şəhid ailələri Damlanın nənə və babasına-Müşgünaz xanıma, Telman Quluyevə, Şəhidin xanıma gözaydığnlığı verib, eləcə də balaca, 5 yaşlı Damlanı təbrik edib, ona uğurlar arzulayıblar.
Şəhid Mehman Quluyevin anası Müşgünaz xanımın dediklərindən:
“Mehman Şəhid olanda Damla körpə idi, cəmi 3 ay 5 günlüküydü…Heç doyunca bir-birinin üzlərini görə bilmədilər…Nə balam balasından doydu, nə də balası balamdan doya bildi…O vaxtdan da özümə söz vermişdim ki, Damlaya heç nə olmasın, balamın əmanətidir, 5 yaşı tamam olanda ona məclis quracağam…Bu, mənim arzum idi və bu gün də bu arzumu reallaşdıra bildim…Mehman həm də tək oğlum, gözümün ağı-qarası idi…Onun yeri başqaydı…Onu heç kim əvəz edə bilməz…”
Məclisdə sonunda xatirə fotoları çəkdirilib.
Beş yaşın mübarək olsun, Şəhid əmanəti Damla bala!
Səsin ən Uca kürsülərdən gəlsin!
Atanın ruhu daim köməyin olsun, torpağı sanı yaşayasan!
Amin!
***
FOTOLAR:
















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az