“Mehriban Əliyeva beynəlxalq səviyyəli tədbirlərin fəal iştirakçısıdır” – İSESCO-NUN BAŞ DİREKTORU

“Bakı Prosesi”nin tərkib hissəsi olan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünyanın müxtəlif mədəniyyətləri və dinləri arasında qarşılıqlı anlaşma və əməkdaşlığın təmin olunması baxımından gözəl platformadır.

Etikxeber.az xəbər verir ki, bu fikirləri “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri deyib.

“2011-ci ildən keçirilməyə başlayan bu Forumun uğurlu olmasının əsas səbəbi Azərbaycan rəhbərliyinin ölkələr arasında dialoq, sülh, qarşılıqlı anlayış kimi dəyərlərə, eləcə də müxtəlif mədəniyyətlər və dinlər arasında dostluq mühitinin yaradılmasına sadiqliyidir. Məhz bu dəyərlər mədəniyyət və dinlər arasında mövcud anlaşılmazlıqları aradan qaldırmağa kömək edir. Əminəm ki, “Bakı Prosesi” xalqlar arasında əməkdaşlıq və anlaşmanın möhkəmləndirilməsini təmin edəcək, həmin mədəniyyəti formalaşdırmağa təkan verəcək. Təmsil etdiyim ISESKO təşkilatının da bu Forumun təşkilatçılarından biri olduğuna görə qürur duyuram” – deyə, Əbdüləziz Osman Əl-Tüveycri bildirib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın bəşəriyyətə xidmət edən bir çox tədbirlərin fəal iştirakçısı olmasını, eyni zamanda, bu tədbirlərin keçirilməsi istiqamətindəki töhfələrini yüksək qiymətləndirən ISESCO-nun Baş direktoru deyib:

MEHRIBAN ALIYEVA

“Birinci vitse-prezident Mehriban Əliyeva nəinki ölkə daxilində keçirilən, həmçinin regional və beynəlxalq səviyyəli tədbirlərin fəal iştirakçısıdır. Onun humanitar sahədəki fəaliyyəti, ehtiyacı olan insanlara göstərdiyi diqqət və qayğı nəinki İslam ölkələrində, hətta bütün dünyada xanımların bu zəngin təcrübədən yararlanması üçün gözəl nümunədir”.

Etikxeber.az

Read Previous

Azay Quliyev və Tahir Mirkişili Almaniyaya gedirlər…

Read Next

Prezident İƏT və Sivilizasiyalar Alyansı ilə əməkdaşlıqdan danışdı – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir