Mehriban Əliyeva – İLHAM ƏLİYEVİ TƏBRİK ETDİ

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, M. Əliyevanın rəsmi “İnstagram” səhifəsində yayımlanan təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Onun şəxsi keyfiyyətləri, bilikləri, qətiyyəti, yenilməz iradəsi, cəsarəti, məqsədyönlülüyü Azərbaycanı həmişə yeni qələbə və nailiyyətlərə doğru aparır. Onun gümrahlığı, tükənməz enerjisi və mehribanlığı hər birimiz üçün layiqli örnəkdir. Bu əlamətdar gündə Prezidentimizə möhkəm cansağlığı, uzun ömür, gözəl əhval-ruhiyyə arzulayıram! Qoy onun güc mənbəyi olan Azərbaycan xalqının sevgisi və inamı onun gələcək uğurlarının rəhni olsun!”.

Etikxeber.az

Read Previous

Jalə Əliyeva da seçkilərə qatıldı və 20-Cİ OLDU…

Read Next

İlham Əliyev Rusiyanın İqtisadi inkişaf nazirini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir