Mehriban Əliyeva YAP sədrinin birinci müavini, Əli Əhmədov sədrin müavini-TAHİR BUDAQOV MƏRKƏZİ APARATIN RƏHBƏRİ TƏYİN OLUNDU – RƏSMİ

Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, partiyanın sədri İlham Əliyevin əmri ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini təyin edilib.

Etikxeber.az-ın YAP-a istinadən məlumatına görə, həmçinin Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin olunub.

Qeyd edək ki, T. Budaqov Dövlət Statistika Komitəsinin sədri vəzifəsində işləyir.

Qeyd edək ki, partiya sədrinin digər müavinləri-sabiq vitse-premyer Əli Həsənovla akademik Akif Əlizadə öz vəzifələrini itiriblər.

Onlar həm də YAP-ın yenilənmiş İdarə Heyətindən kənarda qalıblar.

Etikxeber.az

Read Previous

“YAP özünün növbəti ali məclisində cəmiyyətin ona olan etimadını dorultdu…”-YAP-ÇI DEPUTAT

Read Next

“YAP-ın İdarə Heyətində təmsil olunmaq mənim üçün böyük şərəf, eyni zamanda, çox böyük məsuliyyətdir”-RAMİN MƏMMƏDOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir