Mehriban Əliyevadan Azərbaycan xalqına-NOVRUZ TƏBRİKİ

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Etikxeber.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə ünvanladığınız sevgi dolu səmimi təbriklərinizə, xoş arzularınıza görə hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bütün xalqımızı bayram münasibətilə səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı, xoşbəxtlik, bayram əhval-ruhiyyəsi arzulayıram!

Qoy təbiətin oyanması və yeniləşməsinin rəmzi olan bu bayram ürəklərdə ancaq saf niyyətlər, xoş duyğular oyatsın, hər evə, hər ocağa səadət və sağlıq, ölkəmizə sülh, əmin-amanlıq və uğurlar gətirsin!”

Etikxeber.az

Read Previous

“Müstəqilliyimizin əbədiliyi naminə İlham Əliyevlə birlikdə çıxdığımız şərəfli yolda Allah hamımıza yar olsun!” -DEPUTAT

Read Next

“Anası mənə dedi ki, Nərminə bu mövzuda daha heç nə demə, onu təhqir edənlər var, məcbur edənlər var…” – AĞALAR ŞAHMARZADƏ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir