Mehriban Əliyeva Bakının UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakı şəhərinin 31 oktyabr – Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilməsi ilə əlaqədar rəsmi “Instagram” səhifəsində paylaşım edib.

Etikxeber.az xəbər verir ki, paylaşımda deyilir:

“Təkrarsız tarixi siması qorunaraq müasir memarlıq inciləri ilə daim gözəlləşən Bakı şəhəri 31 oktyabr – Dünya Şəhərlər Günündə “dizayn” tematikası üzrə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil edilib. Paytaxtımızın tarixi üçün əlamətdar olan bu hadisə münasibətilə həmvətənlərimi təbrik edirəm, ölkəmizin bütün şəhərlərinə sülh, inkişaf, tərəqqi, mehriban, qonaqpərvər sakinlərinə isə xoşbəxtlik və firavanlıq arzulayıram!”.

Etikxeber.az

Read Previous

Birinci vitse-prezident Pirşağıdakı 10 saylı internat məktəbdə – FOTO

Read Next

Kənd təsərrüfatı işçilərinə fəxri adlar, orden və medallar verildi – SƏRƏNCAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir