Mehriban Əliyeva faşizm üzərində Qələbə münasibəti ilə veteranları-TƏBRİK ETDİ

Birinci Vitse-prezident Mehriban Əliyeva faşizm üzərində qələbə münasibəti ilə veteranları təbrik edib.

Etikxeber.az-ın məlumatına görə, təbrikdə bildirilir:

“Əziz veteranlar!

Sizə ən xoş arzularımı və Faşizm üzərində Qələbə Günü münasibətilə səmimi təbriklərimi çatdırıram! Siz misilsiz igidlik, cəsarət, yenilməzlik və şücaət nümayiş etdirərək bizim dinc gələcəyimizi təmin etmisiniz. Biz sizin qəhrəmanlıq irsinizə sədaqətimizi daim qoruyub saxlayacağıq və onu nəsillərdən nəsillərə ötürəcəyik! Biz sizi çox sevirik, sizinlə fəxr edirik! Bu əlamətdar gündə hər birinizə möhkəm cansağlığı, ölkəmizə – sülh və əmin-amanlıq arzulayıram! Qələbə Gününüz mübarək!”.

Etikxeber.az

Read Previous

Daha bir “Şəhid bulağı”-ƏZƏMİ HÜSEYNOVUN ADINI DAŞIYAN “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI OLDU – FOTOLAR

Read Next

“Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir