Mehriban Əliyevanın Birinci vitse-prezidentliyindən 4 il ötdü-BƏHRUZ MƏHƏRRƏMOV YAZDI

Mehriban Arif qızı Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsindən 4 il ötdü.

Tam məsuliyyətimizlə deyə bilərik ki, Mehriban xanımın ölkənin ikinci şəxsinə çevrilməsi, dövlətimiz üçün, kadr islahatlarından tutmuş müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsindəki zəfərimizin əldə olunmasına qədər taleyüklü bütün proseslərə köklü təsirini göstərdi.

Təyinata qədər Mehriban xanım onsuz da ölkənin ictimai-siyasi həyatında Birinci xanım institutunun Azərbaycan tarixində ən güclü nümayəndəsi, Azərbaycan Mədəniyyət Fondu, həmçinin, Heydər Əliyev Fondunun rəhbəri, Milli Məclisin Deputatı kimi əhəmiyyətli rol oynamaqla, inkluziv cəmiyyətin qurulması, sosial ədalətin bərqərar olması istiqamətlərində dövlət başçısının ən yaxın məsləhətçisinə, cəmiyyətin isə heç şübhəsiz ümid yerinə çevrilmişdi.

Mehriban xanım 2017-ci ilin 21 fevralına qədər faktiki təsir alətinə və büdcəyə malik olmasa da, istənilən Mərkəzi icra hakimiyyəti orqanından daha çox vətəndaş müraciəti alaraq, çoxsaylı aparata malik qurumlardan daha faydalı iş əmsalı olan nəticələr əldə etməklə ümumxalq sevgisinə nail ola bilmişdi.

Bundan başqa UNESCO və İSESCO kimi mötəbər təsisatlarla qurduğu sağlam təməllərə dayanan əlaqələr, habelə Gimnastika Federasiyasındakı əhəmiyyətli fəaliyyəti, eləcə də Avroviziya, Avropa Oyunları, İslam oyunları kimi beynəlxlaq tədbirlərin Azərbaycanda uğurla realizəsi, həmçinin, ABŞ-dan Pakistana qədər geniş arealda önəmli layihələri gerçəkləşdirməklə beynəlxalq platformada da adı ehtiramla çəkilən ictimai-siyasi xadim hesab edilirdi.

Bütün bunların fonunda 4 il əvvəl Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması xalq tərəfindən böyük sevinclə qarşılanmaqla bərabər, həm də beynəlxalq ictimaiyyət tərəfindən də təbii qəbul edilərək yüksək qiymətləndirildi. Birinci vitse-president kimi sosial və humanitar istiqamətləri nəzarətə götürən Mehriban xanımın fəaliyyətinin nəticələri ilk gündən hiss edilməyə başladı. Aztəminatlı ailələrlə iş, onların sosial rifahının yaxşılaşdırılması istiqamətində yeni tədbirlər planı, məşğulluq və özünüməşğulluq proqramlarının mahiyyətinə yeni baxış gətirdi.

Həmçinin, iri biznes strukturları və dövlətin sosial məsuliyyət tədbirləri istiqamətində inisiativ və səylərinin birləşməsi sosial məqsədli tikintilərin masştabına köklü təsir etdi ki, bu da özünü son 4 ildə qaçqın və məcburi köçkünlər, eləcə də şəhid ailələri və qazilərin mənzil şəritinin yaxşılaşdırılması statistikasında göstərməkdədir. Bundan başqa Mehriban xanım, Prezident İlham Əliyevin rəhbərliyi altında başlanan korrupsiyaya qarşı mübarizədə dövlət başçısının ən yaxın silahdaşı kimi mühim rol oynadı, büdcəyədən oğurluq edən, xalqın cibinə girən əllərin dibindən kəsilməsində qətiyyətli mövqe ortaya qoydu.

Kadr islahatları, xüsusən zəli kimi xalqın qanını sovuran yarıtmaz və klan təfəkkürlü insanlardan dövlət aparatının arınması, bu kimi “məmurlar” və onların bölgələrəki “iş icraçılarının” ədalət mühakiməsinə təhvil verilməsi işində cənab İlham Əliyevin ən sadiq tərəfdaşı məhz xanım Əliyeva oldu və bu gün də davam edən təmizləmə prosesində heç şübhəsiz Birinci vitse-prezidentin rolu danılmazdır. Əlbəttə, bütün bunlar xalqın dövlətə və cənab İlham Əliyevə olan inamının daha da möhkəmləndirilməsinə səbəb olmaqla bərabər, cəmiyyətdə daha güclü milli birlik, milli barış ruhu və dialoq mühitinin formalaşmasında rolunu oynadı.

Təbii ki, COVİD-19 və onun səbəb olduğu iqtisadi böhranın yaratdığı məhrumiyyətlərə baxayaraq istər Tovuz döyüşləri, istərsə də Vətən müharibəsində xalqımızın bir nəfər kimi Müzəffər Ali Baş Komandanın ətrafında birləşməsində də yuxarıda sadaladığımız titanik fəaliyyətin rolu əvəzedilməzidr. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında müəyyən olunmuş on illik Milli Prioritetlərin realizəsinə köklənib. Bu prosesdə də heç şübhəsiz öndə, Prezident Əliyevdən sonra ikinci addımlayan Mehriban xanım Əliyevadır.

Bütün mümkün risklərə baxmayaraq Mehriban xanım hərbi geyimdə dövlət başçısı ilə bərabər Şuşa başda olmaqla dəfələrlə işğaldan azad olunmuş ərazilərə səfər edərək, Böyük qayıdışın mühim mərhələsi olan yenidənqurma və bərpa prosesinə töhfəsini verməkdə, erməni vandalizminə məruz qalmış maddi mədəni abidələrin, müqəddəs dini məbədlərin bərpasına şəxsən rəhbərlik etməkdədir.

Mehriban xanım həmçinin, Qafqazın yeni güc mərkəzi və iqtisadi habı olan Azərbaycanın milli mənəvi dəyərlərinin dünyada təbliği, müxtəlif beynəlxlaq platformalarda Azərbaycan ailəsi, Azərbaycan qadının qlobal məkanda rolunun artırılması istiqamətində böyük uğurla səy göstərməkdədir.

Prezident İlham Əliyevin rəhbərliyi altında, ölkəmiz üçün bu taleyüklü fəaliyyətində, həmçinin sülh və sabitliyin hökm sürdüyü, mədəniyyətlərarası dialoqun, tolerantlığın tam mənada mövcud olacağı daha fərqli bir dünya uğrunda nəcib səylərində Mehriban xanıma uğurlar arzu edir, bu haqq işində yolunun açıq olmasını diləyirik.

Bəhruz MƏHƏRRƏMOV,

Millət vəkili

Etikxeber.az

Read Previous

Daha 156 yeni yoluxma-DAHA 3 ÖLÜM…

Read Next

6 ay 6 gün sonra yenidən Tərtərimdə-QƏHRƏMAN, QALİB TƏRTƏRDƏ GÖRDÜKLƏRİM, YAŞADIQLARIM VƏ… – KAMİL HƏMZƏOĞLU – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir