“Mehriban xanımın 1-ci vitse-prezident kimi uğurlu fəaliyyətinin şahidi olacagıq”- DEPUTAT

“Böyük ictimai nüfuza və  dövlətçilik təcrübəsinə malik olan, uzun müddət Azərbaycanı yorulmadan və layiqincə təmsil edən,  ölkəmizin beynəlxalq nüfuzunun artmasında müstəsna xidmətlər göstərən hörmətli  Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi çox mühim bir hadisədir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azay Quliyev deyib.

“Cənab Prezidentin bu qərarı ölkədə çevik idarəetmə sisteminin tətbiqinə, iqtisadi və siyasi islahatların mövcud tələblərə uyğun aparılmasına, xalqın sosial rifahının daha da yaxşılaşdırılmasına, mümkün çağırışların qarşısının vaxtında alınmasına və dövlətçilik maraqlarının qorunmasına hesablanmış ən dogru qərardır.

mehriban xanim-preziodent

Əminəm ki, biz hamımız  Azərbaycanın daha güclü, daha modern və daha inkişaf etmiş ölkəyə çevrilməsində Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident kimi uğurlu və effektiv fəaliyyətinin şahidi olacagıq”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Əliyev: “ABŞ hökumətinin bu layihəyə davamlı dəstəyi…” – FOTO – YENİLƏNİB

Read Next

“Yüksək vəzifədə həmkarımızı görməkdən sonsuz qürur hissi keçiririk”- Spiker

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir