Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi 2023-cü il üzrə qısaldılmış yekun hesabatını açıqlayıb.
Etikxeber.az-a daxil olan hesabatda qeyd olunur:
Təşkilat 2023-cü ilin 12 ayında bir neçə istiqamət üzrə fəaliyyət göstərib.
Belə ki, təşkilat il ərzində müxtəlif istiqamətlər daxil olmaqla, ümumilikdə 8988 nəfəri əhatə edib.
Maarifləndirmə işi üzrə;
Tədqiqatların aparılması üzrə;
Sığınacaq fəaliyyəti üzrə;
Monitorinq üzrə;
Günərzi mərkəz üzrə;
Yardım xətti üzrə həssas vəziyyətdə olan əhali qrupuna dəstək göstərin.
- Maarifləndirmə proqramı üzrə təşkilat gender əsaslı zorakılığa dair iki istqiamət üzrə:
- Məişət zorakılığı
- İnsan alveri problemi üzrə maarifləndirmə işləri aparıb.
- Məişət zorakılığı üzrə maarifləndirmə işində təşkilatın bu dəfəki hədəf qrupu əsasən kişilər olub.
- Kişilər arasında maarifləndirmə işi – Bakı, Kürdəmir, İmişli, Sabirabad, Saatlı və Şirvan şəhərlərində olub.
Məişət zorakılığı ilə bağlı məlumatlandırma qrupuna polsi əməkdaşları aid olub.
Belə ki, Şirvan, Sumqayıt, Xəzər, Binəqədi və Abşeron rayon Polis İdərələrinin əməkdaşları üçün məişət zorakılığı qurbanları ilə işin təşkilinə dair seminarlar aparılıb.
DULUT proqramı – təcavüz tördən şəxslərlə sosial işin təşkili üzrə 30 nəfər sosil işçi, 30 nəfər psixoloq hazırlanıb.
O cümlədən, Bakı Binzes universitetinin sosil iş ixtisası alan tələbələr üçün də belə seminarlar təşkil edilib.
- İnsan alveri probelmi sahəsində KİV əməkdaşaları üçün təlimlər, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Diasporla iş üzrə Dövlət Komitəsi, Turizm Agentliyinin əməkdaşları ilə Dəyirmi Masalar keçirilib.
- Tədiqiqat işlər üzrə, təşkilat bu il ərzində üç tədqiqat işi aparıb.
- “Azərbaycan Respublikasının vətəndaşı olan kişilərin gender əsaslı zorakılığa münasibətinin öyrənilməsi”- tədqiqatın həcmi 180 səhifə
- İnsan alverinə şərait yaradan halların müəyyən edilməsi və onların aradan qaldırılmasına dair tədqiqat- tədqiqatın həcmi 150 səhifə
- Miqrantaların HİV/AİDS xidmətlərinə çıxışın əlçatanlığı mövzusunda aparılıb.
- Genderəsaslı zorakılıq qurbanlarına təhlükəsiz sığınacağın təşkili üzrə fəaliyyətdə, təşkilat il ərzində ümumilikdə 679 nəfərə xidmət göstərmişdir. Onlardan 320 qadın, 359 uşaq olub.
Sığınacağın xidmət paketinə:
- Təhlükəsiz yer
- Qida
- Geyim
Hüquqi yardım,
- Psixoloji Yardım,
- Tibbi yardıma istiqamətləndirmə
- Təhsilə bərpa
- Peşə bacarıqlarının artırılması daxildir.
Sığınacaq xidmətindən tam xidmət paketi ilə təmin edilənlər 586 nəfər qadın və uşaq;
Natamam xidmət paketindən bəhrələnənlər 73 nəfər qadın və uşaq olub.
- Monitorinq üzrə təşkilat genderəsaslı zorakılıqla bağlı KİV-in monitorinqini aparıb.
- Günərzi Mərkəzi üzrə 157 nəfər ailə müraciət etmişdir. Belə ki, uşaqların nəzarətsiz qalmasından ehtiyat edib, işləyə bilməyən tək anaların uşaqlarına dəstək üçün hər ay 30 nəfər uşağa dəstək göstərilib. Uşaqların qida, geyim, təhsil və sağlamlıq məslələrinə dəstək verilib.
- Yardım xətti üzrə müraciətlərin sayı 4395 nəfər olub. Əsas müraciətlər, sosial problemlər- evsizlik, təhlükəsizlik – sığınacaq axtarışında olanlar, hüquqi məsləhət, ilkin psixoloji dəstəklə bağlı olub.
- Əməkdaşlıq- Təşkilat – DİN, DİN-in İnsan Alverinə qarşı mübarizə Baş İdarəsi, Sosial Xidmətlər Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi, yerli İcra Hakimiyyətləri, TƏBİB, Səhiyyə Nazirliyi, Ombudsman Aparatı və digər qurumlarla sıx əməkdaşlıq edib.
- O cümlədən Ali Təhsil müəssisəslərinin tələbləri üçün könüllük proqramları da qeyd edilən əməkdaşlığa aid edilib.
Etikxeber.az





