Mehriban Zeynalovanın “Təmiz Dünya”sı daha bir layihəyə-START VERDİ…

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin inkişafına dəstək” adlı müsabiqəsinin qalibi olaraq fəaliyyətə başlayıb.

Etikxeber.az-a daxil olan məlumata görə, layihə çərçivəsində təşkilat məişət zorakılığından zərərçəkmiş qadın və uşaqların təhlükəsizliyi, onlara hüquqi, psixoloji, tibbi yardımlarla yanaşı, sosial iş xidmətlərini həyata keçirəcək.

Layihənim əsas məqsədi məişət zorakılığından zərərçəkmiş şəxslərin effektiv reabilitasiya və inteqrasiyasının həyata keçirməkdir.

Layihə 1 iyundan 30 dekabr 2024-cü il müddətinədək davam edəcək.

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Sosial Xidmətlər Agentliyinin “Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzi layihəsi üzrə İnsan hüquqları aylığı çərçivəsində 10 gün ərzində pulsuz hüquqi yardım təklif edir.

Müraciət edənlər (055) 3143515 yaxud (050)3260966 ilə əlaqə saxlaya bilər.

Müraciət edənlər hər həftənin 6 cı günü saat 10.00-dan 18.00-a qədər pulsuz hüquqi yardımdan bəhrələnə bilər.

Etikxeber.az

Read Previous

İki hərbi qulluqçu ildırım vurması nəticəsində vəfat etdi-DSX MƏLUMAT YAYDI

Read Next

Daha bir Şəhid ailəsində şad gün yaşandı: GORANBOYLU ŞƏHİD ELŞƏN KƏRİMOVUN BACISI İLƏ QAZİ ZAKİR VƏLİYEVİN QARDAŞININ TOY MƏRASİMİ OLDU… – FOTOLAR – YENİLƏNİB – (2)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir