Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi BREN proqramı və “Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması və onunla mübarizə tədbirlərinin gücləndirilməsi” layihəsi çərçivəsində Əmək və Sosial Münasibətlər Akdemiyasının 4-cü kurs tələbələri üçün “Məişət zorakılığı törədən şəxslərlə sosial işin təşkili” mövzusunda 2 günlük təlim keçib.
İctimai Birlikdən Etikxeber.az-a daxil olan məlumata görə, təlimdə 30 nəfər sosial iş ixtiası üzrə təhsil alan 4-cü kurs tələbləri iştirak edib və onlar sonda sertifikat alıblar.
Təlimləri Azərbaycanda bu sahədə beynəlxlaq təlim almış milli təlimçi mütəxəsislər aparıblar.
Zorakılığın mahiyyəti, zorakılıq törədən şəxslərin xüsusiyyətləri, tipləri, zorakılıq mühiti, mədəni və sosial faktorlar 0 cümlədən məişət zorakılığı törətmiş şəxslərlə iş üçün müdaxilə proqramın (Dulut Modeli əsasında) təqdimatı təlim iştirakçıları ilə müzakirə olunub.
Təlimdə zorakılıq törətmiş şəxslərlə simulyativ oyun rolları da istifadə edilib.
Təlimin qarşıya qoyduğu məqsəd məişət zorakılığını törətmiş şəxslərlə işləyəcək kadrların hazırlanmasıdır.
***
FOTOLAR:





Etikxeber.az




