Meksikada helikopter qəzası nəticəsində ölənlərin sayı 13 nəfərə çatdı – FOTO

Meksikada göyərtəsində ölkənin daxili işlər nazirinin və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb. Bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb.

Etikxeber.az  xarici KİV-lərə istinadla xəbər verir ki, həlak olanların 12-si hadisə yerində, biri isə xəstəxanada ölüb.

Xatırladaq ki, Meksikanın daxili işlər naziri Alfonso Navarretenin və Oahaka ştatının qubernatoru Alexandro Muratonun olduğu helikopter zəlzələdən zərər çəkən ərazilərə baxış uçuşu zamanı qəzaya uğrayıb. Məmurlardan heç birinin xəsarət almadığı bildirilir.

İlkin məlumata əsasən, pilot təxminən 30 metr hündürlükdə idarəetməyə nəzarəti itirib və helikopter avtomobilin üzərinə düşüb.

Etikxeber.az

Read Previous

MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq etdi – FOTO

Read Next

Zəlzələ – BU DƏFƏ BÖYÜK BRİTANİYADA YAŞANDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir