“Memar Əcəmi-2”-də dünya rəssamlarının rəsm əsərlərinin reproduksiyaları nümayiş etdirilir- FOTOLAR

“Bakı Metropoliteni” QSC “Bənövşəyi xətt”in “Memar Əcəmi-2” metro stansiyasında dünya rəssamlarının rəsm əsərlərinin reproduksiyalarını nümayiş etdirir.

Etikxeber.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O, bildirib ki, Bakı metrosunun “Nəriman Nərimanov” metro stansiyasında nümayiş etdirilən rəsm əsərlərinin reproduksiyaları artıq “Memar Əcəmi-2” metro stansiyasında da nümayiş etdirilir. Bununla da rəsm əsərləri nümayiş etdirilən “Nəriman Nərimanov”, “Gənclik” stansiyalarına “Memar Əcəmi-2” metro stansiyası da qoşulub.

memar-2

Etikxeber.az

Read Previous

Bakı Beynəlxalq Avtovağzalı da gücləndirilmiş iş rejiminə keçir

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir