“Mercedes” markalı mikroavtobus maneəyə çırpıldı – 2 NƏFƏR ÖLDÜ, 5 NƏFƏR XƏSARƏT ALDI – YENİLƏNİB

Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.

Etikxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında qeyd olunub.

Qeyd olunub ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Həmçinin, hadisə zamanı 5 nəfər yaralanıb.

Yaralılar Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Qobustandakı qəza zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın  məlumatına görə, Bakı-Şamaxı yolunun 90-cı kilometrində “Mercedes-Vita” markalı mikroavtobus dairəvi yol ayrıcına çırpılaraq aşması nəticəsində Balakən rayon Yeni Şərif kənd sakini 1960-cı il təvəllüdlü Zirnixova Əsiyyət Süleyman qızı, Qaysa kənd sakini 1960-cı il təvəllüdlü Qoqayeva Pirdas Şaban qızı, onun həmkəndlisi 1963-cü il təvəllüdlü Əsdiyev Hacı Şahmar oğlu, 1962-ci il təvəllüdlü Kahayev Heybullah İsa oğlu və 1985-ci il təvəllüdlü Əhmədov Rəsul Heybullah oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Mikroavtobusun sürücüsü Balakən rayon Yeni Şərif kənd sakini 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və sərnişin 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlu isə hadisə yerində dünyasını dəyişiblər.

Etikxeber.az

Read Previous

Xınalıq və Qırızda qarın hündürlüyü 14 santimetrə çatdı – FOTO

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir