Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar? – ETİRAZ

Meşənin içində kənd təsərrüfatı təyinatlı sahə neçə ola bilər?

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Tahir Süleymanov Milli Məclisdə (MM) Aqrar siyasət komitəsinin təşkil etdiyi təqdimatda çıxışı zaman deyib.

1200px-Tahir_Süleymanov

Millət vəkili deyib ki, bu gün ən çox müzakirə olunan məsələlərdən biri torpaqların təyinatı üzrə istifadə edilib-edilməməsi məsələsidir:

“Mən də hesab edirəm ki, torpaqlar müstləq istifadə edilməlidir, özü də təyinatına uyğun olaraq. Kimsə bu məsələdə özbaşınalıq edə bilməz. Amma bizim rayonda, biz tərəflərdə qəribə bir halla da rastlaşmışıq. Belə ki, meşənin içində kimsə boş sahəyə sahiblənib deyir ki, bura mənimdir. Axı, meşənin içində bu, necə ola bilər? Meşənin içində də kənd təsərrüfatı təyinatlı sahə olar? Hesab edirəm ki, Əmlak Məsələləri Dövlət Komitəsi gələcək fəaliyyətində bu məsələyə də diqqət yetirməlidir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Torpaqlara nəzarətin müfəttiş vasitəsilə deyil, elektron səviyyədə də həyata keçirilməsi nəzərdə tutulur…

Read Next

“Kapital Bank”ın şefinin qardaşı icra başçısı oldu – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir