Messi beşinci dəfə “Qızıl Buts”un sahibi oldu – FOTO

İspaniyanın “Barselona” klubunun və Argentina millisinin ulduz futbolçusu Lionel Messi karyerası ərzində beşinci dəfə “Qızıl Buts”un sahibi olub.

Etikxeber.az “Barselona” klubunun “Tvitter” səhifəsinə istinadla xəbər verir ki, argentinalı hücumçu 2017-2018-ci il mövsümündə ölkə çempionatlarında ən çox qol vuran futbolçuya verilən mükafata 36 oyunda 34 dəfə fərqləndiyi üçün layiq görülüb.

Bu nominasiyada ikinci yeri İngiltərənin “Liverpul” klubunun misirli hücumçusu Məhəmməd Salah tutub. Misirli futbolçu cari mövsümdə rəqib qapılarına 32 dəfə yol tapıb.

messssssss

Üçüncü yerdə isə “Tottenhem”im hücumçusu Harri Keyn qərarlaşıb – 30 qol.

Xatırladaq ki, Lionel Messi 2009-2010-cu (34 qol), 2011-2012-ci (50 qol), 2012-2013-cü (46 qol) və 2016-2017-ci (37 qol) illərdə də “Qızıl Buts” mükafatına layiq görülüb.

Etikxeber.az

Read Previous

“Anar Məmmədovla bağlı cinayət işinin açılması təəccübləndirmədi…” – DEPUTAT AÇIQLAMA YAYDI

Read Next

Belə ailələrin, valideynlərin atdığı addımlar digərləri üçün bir “nümunə”dir… – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir