Messi ilin ən yaxşı bombardiri oldu

İspaniyanın “Barselona” futbol klubunun argentinalı forvardı Lionel Messi ölkə çempionatının 16-cı turunda “Espanyol”la oyunda (4:1) fərqlənməklə ilin ən yaxşı bombardiri olub.

Etikxeber.az xəbər verir ki, 90-cı dəqiqədə komandasının dördüncü qolunu vuran argentinalı cari ildə 51-ci dəfə rəqibləri məyus edib. Beləliklə də Messi “Top-5” liqalarında çıxış edən futbolçular arasında bütün turnirlərdə vurulan qollara görə birinci olub.

2016-cı ildə İspaniya La Liqasında isə “Barselona”nın digər üzvü Luis Suares ən məhsuldar futbolçu olub. Uruqvaylı hücumçu Premyer Liqada 48 dəfə fərqlənib.

Etikxeber.az

Read Previous

Strateji Yol Xəritəsi: Milli Turizm Təbliğat Bürosu yaradılacaq

Read Next

Rusiyanın Türkiyədəki səfiri öldürüldü, rəsmi Moskva isə bunu terrakt adlandırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir