Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İyulun 3-də axşam saatlarında işıqların sönməsi ilə əlaqədar metroda halı pisləşən 19 nəfər təcili tibbi yardım xidmətinə müraciət edib və onlardan 6 nəfəri stasionar şöbələrə yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, həmin gün ərzində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2,1 mindən çox müraciət daxil olub.
Müraciətlərin 62-nə günvurma diaqnozu qoyulub. Anomal istilərdən əziyyət çəkənlərin 46-sı hospitalizasiya edilib, qalanlara ilkin tibbi yardım göstərilib.
Çağırışlar arasında ölüm faktı qeydə alınmayıb.
Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq departamentlərindən alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda, gecə və səhər saatlarında müşahidə edilən normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, iyulun 3-dən 4-nə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub.
Bununla yanaşı “Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən, iyulun 4-də gecə saatlarında havada dispers tozun miqdarı norma daxilində tərəddüd edib. Nəticədə, Bakıda və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq duman müşahidə edilib.
Meteoroloji parametrlərdən olan nisbi rütubət isə gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək).
Havanın temperaturunun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olub. Bu göstərici isə norma hesab edilir.
Etikxeber.az





