Metronun “28 May” stansiyasının qarşısına avtomobillərin girişi bağlanacaq-SABAHDAN

Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq.

Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

Bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək:

“Bu, sabah ictimaiyyətə açıqlanacaq”.

Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.

Etikxeber.az

Read Previous

Qazi və Şəhidlik Haqqı hələ də tanınmayan Elnur Qalib oğlu Səmədov…SABAH CƏNNƏTDƏKİ İKİNCİ DOĞUM GÜNÜDÜR, 22 YAŞI TAMAM OLUR…

Read Next

Mehriban Əliyevadan Ramazan ayının başlaması münasibətilə-PAYLAŞIM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir