Metronun fəaliyyəti yalnız Operativ Qərargahın qəbul etdiyi qərara əsasən-BƏRPA OLUNACAQ – RƏSMİ

Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılır.

“Bakı Metropoliteni” QSC-dən  Etikxeber.az-a  bildirir ki, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib. 

Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

“Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir. 

Etikxeber.az

Read Previous

“Balaca olsalar da, çox həssas uşaqdırlar…Hər gün atalarının şəkillərinə baxıb, ağlayırlar…Mədinə hər gün gedib atasının paltarlarını qoxulayır…Deyir ki, atamı yuxuda görmüşəm, məni qucaqlayırdı…”-ŞƏHİD BƏHRUZ QULİYEVİN ATASI – FOTOLAR

Read Next

“Onun ayaq basdığı, Ucaldığı, Adını daşıdığı bu yüksəklikdə Azərbaycan Bayrağı dalğalanır!…”-SABİQ DEPUTAT YAZDI – (İKİNCİ-SONUNCU HİSSƏ)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir