“Metyu” 2 min 500 aviareysin təxirə salınmasına səbəb oldu

ABŞ-da “Metyu” qasırğası ilə əlaqədar 2 min 500 aviareys təxirə salınıb.

Etikxeber.az  “news.usa.bplaced.net” sayta istinadla xəbər verir ki, qaydaya əsasən hava limanları küləyin sürəti saatda 50 kilometrə çatdığı halda uçuş-enmə zolağı bağlanır. Meteoroloji proqnozlara əsasən, Florida ştatında qasırğa ilə əlaqədar küləyin sürəti 3 dəfə artacaq. Bununla əlaqədar şirkətlər uçuşları dayandırıb. Təyyarələr artıq təhlükəsiz regionlara daşınıb. Lakin heyət sutkalıq iş rejimində işləyəcək.

Məhdudiyyət oktyabrın 8-dək qüvvədə qalacaq.

Həmçinin yaxınlaşmaqda olan qasırğa ilə əlaqədar Florida ştatının rəhbərliyi əhalinin nisbətən təhlükəsiz yerlərə evakuasiya edildiyini açıqlayıb.

Etikxeber.az

Read Previous

Neftimizin qiyməti 52 dollara yaxınlaşır

Read Next

“Bu, YUNİSEF-in ölkəmizdəki nüfuzunun göstəricisidir” – VİTSE-SPİKER

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir