“Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb

Haiti adasında “Metyu” qasırğasının qurbanlarının sayı 1000 nəfərə çatıb.

Etikxeber.az-ın məlumatına görə, bu barədə xəbəri “Reuters” agentliyi yayıb.

Son dəfə ölənlərin sayının 877 nəfər olduğu açıqlanmışdı.  Qasırğa nəticəsində yüzlərlə insanın həyatını itirməsi ilə əlaqədar  ölkədə 3 günlük matəm elan edilib. Təbii fəlakətlə əlaqədar oktyabrın 9-a  təyin edilmiş prezident və parlament seçkiləri  təxirə salınıb.

Dağıdıcı  qasırğadan  sonra Haitidə vəba xəstəliyi sürətlə yayılmağa başlayıb. “Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.

Etikxeber.az

Read Previous

Düşmən atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub

Read Next

Xəzərdə təhlükələrlə əlaqədar taktiki təlimlər keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir