Meyitdən canlı insanlara orqanların köçürülməsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr gedir

Bu gün Azərbaycanda çoxlu sayda insanın böyrək nəqli əməliyyatına ehtiyacı var”.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bunu Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev deyib. F. Babayev bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da böyrəkköçürmə əməliyyatları yalnız ilk mərhələdə qohum böyrəyin köçürülməsi ilə həyata keçirilir. Onun sözlərinə görə, artıq meyitdən canlı insanlara orqanların köçürülməsi ilə bağlı Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirələr aparılır.

F.Babayev vurğulayıb ki, bu proses böyrək köçürülməsi əməliyyatlarının da genişlənməsinə təkan verə bilər: “Bu ilin iyun ayında Azərbaycanda 21 ölkədən 500-ə yaxın qonağın iştirak etdiyi türk transplantoloqlarının konqresi keçirilib. Tədbirə Azərbaycanın din xadimləri də dəvət edilmişdi ki, insanlarda təbliğat aparılsın və dünyasını dəyişən insanların orqanlarının bağışlaması mərhələsinə şüurlu şəkildə qədəm qoymaq mümkün olsun. Bir çox insanlar bu yolda şəfa tapa bilərlər.  Tibbi nöqteyi- nəzərdən səhiyyədə bununla bağlı heç bir problem yoxdur. Burada yalnız ictimai şüuru formalaşdırmaq lazımdır”.

Etikxeber.az

 

Read Previous

Azad Ticarət Zonasının yaradılmasına yönəlmiş məsləhətçi xidmətlərin göstərilməsinə dair müqavilə imzalanıb

Read Next

Keçmiş nazirdən xəbər var – Onun sahibi olduğu oteldə işlər yarımçıq dayandırılıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir